Dünya

Putin: “Belçika Rusiyanın sayəsində müstəqil dövlət kimi peyda olub”

Sharing is caring!


“Vaşinqtonun özü İraqda, Yuqoslaviyada və bəzi digər hallarda BMT Təhlükəsizlik Şurasından yan keçməklə “cini şüşədən buraxıb”.

Bunu Rusiya Prezidenti Vladimir Putin Ümumdünya Gənclər Festivalının qapanışında çıxış edərkən deyib.

“Məsələn, İraqdakı hadisələr. Orada hər şey BMT Təhlükəsizlik Şurasının sanksiyaları olmadan edilib. Eynilə Suriyada, keçmiş Yuqoslaviyada. Səbəbləri indi danışmayacağam, amma BMT Təhlükəsizlik Şurasının heç bir qərarı yox idi. Lakin ABŞ-nin özü bu cini şüşədən buraxdı”, – deyə Rusiya lideri bildirib.

O qeyd edib ki, Belçika müstəqil dövlət kimi, böyük ölçüdə Rusiyanın sayəsində yaranıb.

“Belçika böyük ölçüdə Rusiyanın mövqeyi sayəsində dünya xəritəsində müstəqil dövlət kimi peyda olub. Amma hazırda bu, artıq əhəmiyyət kəsb etmir”, – deyə dövlət başçısı bildirib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir