Dünya

Bayden az tanınan namizədə uduzdu – FOTO

Sharing is caring!


ABŞ Prezidenti Co Bayden ölkənin dənizaşırı bölgəsi olan Samoada Demokratlar Partiyasının fəalları arasında keçirilən görüşlərdə az tanınan namizəd Ceyson Palmerə məğlub olub.

Bu görüşlərdə ümumilikdə 91 bülleten səsə qoyulub. Palmer 51, Bayden isə 40 səs toplayıb.

Sahibkar olan Ceyson Palmer 50 mindən az insanın yaşadığı Amerika Samoasında kampaniya aparıb. Samoada kokusların (siyasi partiya və hərəkatların tərəfdarlarının və ya üzvlərinin toplantısı) nəticələrinə əsasən, prezidentliyə namizədliyi irəli sürüləcək altı nümayəndənin səsləri bölüşdürüləcək.

Qeyd edək ki, martın 5-də demokratlar 15 ştatda və Amerika Samoasında nümayəndələrini seçəcəklər. Partiyanın 19-22 avqustda İllinoys ştatının Çikaqo şəhərində keçiriləcək milli qurultayında səsvermənin ilk turunda Demokratlar Partiyasından prezidentliyə namizəd kimi irəli sürülməsi üçün namizəd 1 968 nümayəndənin dəstəyini qazanmalıdır.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir