İdman

“Bavariya”nın baş məşqçisi barmağını sındırıb

Sharing is caring!


“Bavariya”nın baş məşqçisi Tomas Tuxel Romada “Latsio” ilə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu öncəsi soyunub-geyinmə otağında ayaq barmağını sındırıb.

Bu barədə mütəxəssis oyunsonrası mətbuat konfransında jurnalistlərə açıqlama verib.

Onun sözlərinə görə, matça hazırlıq zamanı futbolçuları motivasiya edən zaman zədələnib.

“Mən motivasiya xarakterli çıxışdan əvvəl paltardəyişmə otağında ayağımla qutuya vurdum və baş barmağımı zədələdim. İndi ayaqqabımı belə çıxara biləcəyimə əmin deyiləm. Bütün oyun boyu oturmalı oldum”, – deyə Tuxel bildirib.

Qeyd edək ki, 1/8 finalın cavab matçında “Bavariya” Roma “Latsio”sunu 3:0 hesabı ilə məğlub edib. Qaliblər arasında dubla imza atan Tomas Müller və Harri Keyn dəqiq zərbələrə imza atıb.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir