Dünya

Dünyada piylənmədən əziyyət çəkən insanların sayı AÇIQLANDI: Şok rəqəm

Sharing is caring!


1500 nəfərdən ibarət alimlər qrupu 1990-cı ildən 2022-ci ilə qədər dünyada insanların çəkisi ilə bağlı araşdırma aparıb.

Araşdırma “The Lancet” tibb jurnalında dərc edilib.

Onların hesablamalarına görə, 2022-ci ilə qədər piylənmədən əziyyət çəkən insanların ümumi sayı 1 milyardı keçib. Beləliklə, böyüklərdə təxminən iki dəfə, uşaqlarda isə dörd dəfə artım müşahidə olunub. Piylənmə dünyada böyüklərin təxminən 16%-ni və uşaqların 8%-ni əhatə edir. Artıq çəkidən əziyyət çəkən insanların sayı 2022-ci ildə təxminən 2,5 milyard olub.

Mikro dövlətlər və Sakit okean əraziləri, eləcə də Yaxın Şərqin bəzi ölkələri piylənməsi olan insanların sayına görə liderlik edir. ABŞ-də bu nisbət 42,3%, Böyük Britaniyada – 27,3%, Rusiyada – 23,2%, Almaniyada – 20,1%, Çində – 8,5%, Hindistanda – 7,7% təşkil edir.

Tədqiqatın müəllifləri piylənmə hallarının artmasına səbəb kimi çoxlu zərərli qida və içkilərin qəbulunu, sağlam qidaların əlçatan olmamasını və idman imkanlarının azlığını göstərirlər.

Mənbə: kommersant.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir