Mədəniyyət

Bəstəkar və deputat Xalq artistinin son günlərindən danışdılar

Sharing is caring!


Xalq artisti Faiq Sücəddinov mərhum Xalq artisti İlhamə Quliyeva ilə bağlı açıqlama verib. 

Axşam.az xəbər verir ki, bəstəkar “Ötən günlər” verilişində müğənninin ömrünün son günlərindəki vəziyyətindən danışıb.

“Birlikdə verilişə qatılmışdıq. Artıq ayaq üstündə dayana bilmirdi. Baba Vəziroğlu ilə birlikdə idik. Baba onun yanında durdu, İlhamə isə bununla ayağa durdu və oxudu”, – deyə F.Sücəddinov bildirib. 

Deputat Novruz Aslanov da İ.Quliyevanın səhhətindən danışarkən – “Gülüstan sarayında konsert keçirirdik. Artıq yeriyə bilmirdi. Amma tədbirə gəldi. İki nəfər onun qoluna girib gətirmişdi, ağrıkəsici vurub səhnəyə çıxdı. Ayaq üstündə durub neçə mahnı səsləndirdi. Həmişə deyirdi ki, son anıma qədər səhnədə olacağam”, – deyə əlavə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir