Dünya

Banqladeşdə restoranda baş verən yanğında 40-dan çox adam ölüb – FOTO/VİDEO

Sharing is caring!


Banqladeşin paytaxtı Dəkkə şəhərində baş verən yanğında azı 43 nəfər həlak olub.

Yanğın fevralın 29-da saat 21:50-də (Bakı vaxtı ilə – 19:50) paytaxtdakı restoranların birində başlayıb.

Hadisə yerində 12 yanğınsöndürmə briqadası işləyir və alovun qarşısı alınıb.

Yanğının səbəbi barədə məlumat verilmir.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir