Dünya

Maksim Qalkinin dəbdəbəli qəsri əlindən alınır? – FOTO

Sharing is caring!


Rusiyada xarici agent siyahısına daxil edilən artist, yumorist və şoumen Maksim Qalkin ona məxsus olan qəsri itirə bilər.

Belə ki, Qalkinin Moskva yaxınlığındakı Qryazi kəndində yerləşən qəsri müsadirə edilə bilər.

Rusiya Baş Prokurorluğuna Silahlı Qüvvələr haqqında saxtakarlığa görə əmlakın müsadirə edilməsi haqqında yeni qanunla bağlı belə bir müraciət daxil olub.

Bildirilir ki, xaricə gedən yumorist demək olar, bütün kontentini Rusiya ordusunu və müharibəni gözdən salmaq üzərində qurur. Qalkin öz çıxışlarında Rusiya qoşunlarını Ukraynadakı cinayətlərdə ittiham edir. O, Buçadakı vəhşiliklər, yerlə-yeksan edilən Mariupol, Odessaya raket hücumları və s. bağlı söhbətlər edir.

Təhlükəsizlik və Korrupsiyaya qarşı Mübarizə üzrə Federal Layihənin rəhbəri Vitali Borodin bununla bağlı Baş Prokurorluğa müraciət edib. Əgər yoxlama zamanı qanun pozuntuları aşkar edilərsə, Qalkinin 2024-cü il fevralın 14-də qəbul edilmiş ordu ilə bağlı saxtakarlıqlar haqqında müvafiq qanuna əsasən dəbdəbəli qəsri müsadirə oluna bilər.

Mənbə: “Mash” “Telegram”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir