Dünya

Bakı Təşəbbüs Qrupunun İstanbulda keçirdiyi konfrans “Haber Global”da işıqlandırıldı – VİDEO

Sharing is caring!


İstanbul Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Dekolonizasiya: İntibah dövrünün başlanğıcı” mövzusunda beynəlxalq konfransa ev sahibliyi edib.

Bu barədə “Haber Global” telekanalı süjet hazırlayıb.

Bildirilib ki, tədbirə Türkiyənin ev sahibliyi etməsinin xüsusi əhəmiyyəti var.

“Türkiyə müstəmləkə keçmişinə sahib olmayan, müstəmləkə yükü olmayan nadir ölkələrdən biridir. Təbii ki, ölkəmizə qardaş, dost və müttəfiq olan Azərbaycanın da eyni şəkildə müstəmləkəçilik qarşısında davranışları ilə Ankara ilə ortaq platformalarda birlikdə hərəkət etməsi bu iki ölkənin, sadəcə, Ermənistan, Qarabağ mövzusunda deyil, regional və qlobal problemlər qarşısında da birlikdə gündəm yaratmaq potensialını göstərir”, – deyə Türkiyə Siyasi, İqtisadi və Sosial Araşdırmalar Fondunun tədqiqatçısı (SETA) Tunç Demirtaş bildirib.

Ətraflı süjetdə:

Qeyd edək ki, beynəlxalq konfransda 13 ölkə və dörd beynəlxalq təşkilatdan 50-dən artıq nümayəndə iştirak edib. Bunlar arasında Fransanın hələ də müstəmləkə altında saxladığı dənizaşırı ərazilər – Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinik, Qvadelupa, Uollis və Futuna, Korsika, eləcə də Qəmər Adaları İttifaqı (Fransa Qəmər Adaları İttifaqının ərazisi olan Mayot adasını hələ də işğal altında saxlayır) xüsusi üstünlük təşkil edir.

Tədbirin sonunda iştirakçılar Fransa prezidentinə açıq məktub ünvanlayıblar. Məktubda fransız kolonializmi və neokolonializmdən əziyyət çəkən adalar qrupunda Fransa hökuməti tərəfindən törədilən müxtəlif cinayətlər, habelə bu torpaqların Fransa dövləti tərəfindən işğal edilməsi, yerli iqtisadiyyatın inkişafına bilərəkdən mane törədilməsi, yerli əhalilərin pestisidlərlə zəhərlənməsi və əhalinin bu zəhərlənmənin fəsadlarından əziyyət çəkməsi, yerli əhalinin məcburən miqrasiyaya sövq edilməsi, bu ərazilərə qanunsuz köçürülmənin bu gün də davam etməsi, ərazilərdə kolonial məhkəmə sistemlərinin tətbiq edilməsi və s. faktlar öz əksini tapıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir