Dünya

Məşhur fransalı jurnalist və keçmiş senat prezidentinin qızı təyyarə qəzasında həlak oldular – FOTO

Sharing is caring!


Məşhur fransalı jurnalist Jerar Lekler və Fransa Senatının keçmiş prezidenti Rene Monori Mişelin qızı təyyarə qəzasında həlak olublar.

Məlumata görə, Leklerin idarə etdiyi təyyarə Lüdon kommunasından havaya qalxaraq Fransanın Atlantik sahilindəki La-Bol-Eskublak kommunası istiqamətində hərəkət edib. Lakin təyyarə radardan itib, baxmayaraq ki, pilotdan hər hansı problem barədə məlumat daxil olmayıb.

Təyyarənin qalıqları Nant şəhəri yaxınlığındakı Luara kanallarında tapılıb. İki cəsəd və daha bir cəsəd fraqmentləri də tapılıb ki, bu da təyyarədə üç nəfərin olduğunu göstərir – Lekler, Monorinin qızı və başqa bir sərnişin.

Digər fraqmentlərin axtarışı güclü axın səbəbindən müvəqqəti dayandırılıb və şərait yaxşılaşdıqdan sonra davam etdiriləcək. Təyyarə qəzasının təfərrüatı prokurorluğun başlatdığı istintaqın gedişatı zamanı bəlli olacaq.

Qeyd edək ki, 71 yaşlı Jerar Lekler məşhur fransalı jurnalist olub. O, müxtəlif media qurumlarında, o cümlədən “Europe-1” və RMC radiostansiyalarında, “France-2” və “France-3” telekanallarında çalışıb. 2017-ci ildə o, “Cnews” kanalında siyasi veriliş aparıcı kimi fəaliyyət göstərməyə başlayıb.

Mənbə: Sud Ouest

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir