Dünya

Etirazçı fermerlərdən Parisdə Makrona “sürpriz” – VİDEO

Sharing is caring!


Parisdə hökumətin kənd təsərrüfatı siyasətinə etiraz edən fransalı fermerlər polis səddini yarıb Prezident Emmanuel Makronun olduğu kənd təsərrüfatı sərgisinin keçirildiyi məkana daxil olublar. 

Ötən gecə yüzlərlə narazı vətəndaş həmin sərginin keçirildiyi binanın yaxınlığında qurulmuş çadır şəhərciyində gecələyib. Bəzi fermerlər traktorlarla Fransa paytaxtına gəliblər.

Məlumata görə, səhər saatlarında etirazçılar “Port de Versalın” girişinə toplaşıblar. Onlar fit çalıb, hay-küy salıblar. Daha sonra yüzlərlə fermer mərkəzin girişini bağlayan hüquq-mühafizə orqanlarının qurduğu səddi yararaq içəri girə bilib.

Nəticədə mərkəzin ərazisində narazı vətəndaşlarla polis əməkdaşları arasında toqquşma yaranıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları binaya soxulan insanları küçəyə çıxarmağa çalışıblar.

Makron həmin an binanın ikinci mərtəbəsində olub. O, fermerlər və həmkarlar ittifaqları ilə danışmaq istəyib. Lakin kənd təsərrüfatı sənayesinin yalnız bəzi nümayəndələri dövlət başçısı ilə görüşmək istəyiblər. Bir çox fermerlər onun salonda olmasından narazı qalıb, fitə basıblar.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir