Dünya

“Formula-1”in Bəhreyn testlərinin son günündə nahar fasiləsi olmayıb

Sharing is caring!


“Formula-1”in Bəhreyndə mövsümöncəsi testlərinin səhər və axşam sessiyaları arasındakı fasiləni ləğv etmək qərara alınıb. Hazırda testlər davam edir.

Qərara səbəb bu səhər 11-ci döngədə drenaj qapağının zədələnməsi və buna görə testlərin qırmızı bayraqla dayandırılmasıdır.

Testlərin yenidən startından sonra komandalar trasda fasiləsiz düz 7,5 saat vaxt keçirəcəklər.

Qeyd edək ki, analoji problem dünən, fevralın 22-də də baş vermişdi – elə həmin yerdə drenaj qapağı qopmuşdı, bu səbəbdən testlər qırmızı bayraqlarla dayandırılmış və səhər sessiyası bir saat qısaldılmışdı. Həmin vaxt “Ferrari” komandasının sürücüsü Şarl Leklerin bolidi zədələnmişdi.

Yeri gəlmişkən, qeyd edək ki, Bəhreyn Beynəlxalq Avtodromunda “Formula-1”in mövsümöncəsi testlərin son günü səhər sessiyasında İtaliyanın “Ferrari” komandasının pilotu Karlos Sayns birinci olub. İkinci yerdə “Red Bull” komandasının pilotu Serxio Peres qərarlaşıb. İlk üçlüyü “Mersedes”i təmsil edən Lyuis Hemilton tamamlayıb. Axşam sessiyasında “Uilyams”dan başqa digər komandalarda sürücülər dəyişəcəklər. 

Bəhreyndə “Formula-1”in mövsümöncəsi testləri. Üçüncü gün. Səhər sessiyası:

1. Karlos Sayns (“Ferrari”) – 1:31,247 (67 dövrə).

2. Serxio Peres (“Red Bull”) – +0,236 (51).

3. Lyuis Hemilton (“Mersedes”) – +0,752 (49).

4. Lens Stroll (“Aston Martin”) – +0,791 (46).

5. Lando Norris (“Maklaren”) – +0,861 (20).

6. Aleksander Albon (“Uilyams”) – +1,336 (35).

7. Kevin Maqnussen (“Haas”) – +1,806 (80).

8. Esteban Okon (“Alpin”) – +1,832 (55).

9. Valtteri Bottas (“Steyk”) – +2,281 (28).

10. Daniel Rikkardo (“Visa RB”) – +5,768 (70).

Mənbə: Championat.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir