Dünya

Qvatemalada dəhşətli hadisə: Ölü qadın meyitxanada dirildi – VİDEO

Sharing is caring!


Qvatemalanın San-Xuan de Dios şəhərində xəstəxanada dəhşətli hadisə baş verib.

Kəskin qidalanma problemləri müşahidə olunan və öldüyü açıqlanan gənc qadın dirilib.

Qadın ölü elan edildikdən 5 saat sonra qəfildən meyitxanada cəsəd torbasında hərəkət etməyə başlayıb.

Morq işçiləri səsləri eşidib və cəsəd torbasının tərpənməyə başladığını görüblər. Dərhal təcili yardım həkimlərini çağırıblar.

Xəstəxananın mətbuat nümayəndəsinin sözlərinə görə, xəstə serebral iflic və qıcolma şikayətləri ilə qeyri-stabil vəziyyətdə xəstəxanaya yerləşdirilib. 30 dəqiqəlik təcili yardımdan sonra onun öldüyü elan edilib. Həkimlər qadında heç bir həyat əlaməti, xüsusən də beyin fəaliyyəti və ya nəfəs alma kimi əlamətlər görməyiblər.

“Bundan sonra qadının cəsədi müəyyən edilmiş protokol üzrə morqa təhvil verilib”, – deyə nümayəndə əlavə edib.

Lakin dirilən qadının reanimasiyası uğursuz olub, buna görə də xəstə ikinci və sonuncu dəfə ölü elan edilib. Xəstəxana onun ailəsinə və bütün yaxınlarına başsağlığı verib.

Baş verən hadisə yerli sakinlərin hiddətinə səbəb olub və sosial şəbəkələrdə yayımlanan videonun altında müxtəlif rəylər bildirilib.

“Qvatemala səhiyyəsi sadəcə dəhşətlidir”, – deyə istifadəçilərdən biri yazıb.

Digər şərhçi isə xəstəxananı müdafiə edib və intensive terapiya şöbəsində həyatının xilas edildiyini xatırladıb.

Mənbə: Focus.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir