İdman

Çalhanoğlunun transfer dəyəri maksimuma çatdı

Sharing is caring!


“İnter”in və Türkiyə millisinin yarımmüdafiəçisi Hakan Çalhanoğlu 30 yaşında olmasına baxmayaraq transfer dəyərinin zirvəsinə çatıb.

Bu barədə nüfuzlu “Transfermarkt” internet portalı xəbər verir.

Mənbənin sözlərinə görə, hazırda yarımmüdafiəçinin bazar qiyməti 40 milyon avro civarında dəyişir.

Çalhanoğlu peşəkar karyerası ərzində “Karlsrue”, “Hamburq”, “Bayer Leverkuzen” və “Milan” kimi klublarda çıxış edib.

Türkiyəli yarımmüdafiəçi “İnter”ə 2021-ci ilin iyulunda azad agent kimi keçib.

Bu mövsüm heyətdə bütün turnirlərdə 30 oyun keçirən  Çalhanoğlu 11 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun hazırkı klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Bundan əvvəl Çalhanoğlu UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu mükafatına namizədlər siyahısına daxil edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir