Dünya

ABŞ Dövlət Departamenti: “Putinin Kim Çen Ina hədiyyəsi qaydaları pozur”

Sharing is caring!


“Rusiya prezidenti Vladimir Putinin Şimali Koreya lideri Kim Çen Ina “Aurus” markalı avtomobil hədiyyə etməsi BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozur”.

Bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller keçirdiyi brifinqdə deyib.

“BMT Təhlükəsizlik Şurasının qətnamələri BMT-yə üzv olan bütün ölkələrdən KXDR-ə nəqliyyat vasitələrinin tədarükünə qadağa qoymağı tələb edir. Əgər bu doğrudursa, o zaman belə görünür ki, Rusiya özünün dəstəklədiyi BMT Təhlükəsizlik Şurasının qətnamələrini növbəti dəfə pozur”, – diplomat bildirib.

Qeyd edək ki, Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) Putinin Kim Çen Ina Rusiya istehsalı olan avtomobil hədiyyə etdiyini bildirib. Prezidentin mətbuat katibi Dmitri Peskov KXDR rəhbərinin “Aurus” markalı avtomobil aldığını təsdiqləyib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir