Dünya

Fransa Ermənistana “müdafiə məqsədilə” hərbi texnikalar verəcək

Sharing is caring!


“Ermənistan və Fransa müdafiə sahəsində yeni əlaqələr qurublar. Bu da, Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Parisdə Fransa prezidenti Emmanuel Makronla keçirdiyi brifinqdə deyib.

O əlavə edib ki, “Ermənistanın məqsədi regionda düzgün balans yaratmaqdır”.

Öz növbəsində Makron qeyd edib ki, Fransa Ermənistanla müdafiə sektorunda əməkdaşlığı davam etdirəcək. O, Parisin Ermənistana müdafiə silahlarının verilməsinə razılıq verdiyini xatırladıb.

Mənbə: Sputnik

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir