İdman

Türkiyə Superkuboku matçının tarixi və yeri açıqlandı – FOTO

Sharing is caring!


Türkiyə Futbol Federasiyası (TFF) əvvəlcə Səudiyyə Ərəbistanında oynanılması planlaşdırılan, lakin məlum səbəblərdən ləğv edilən “Fənərbağça” – “Qalatasaray” Superkubok matçının 7 aprel bazar günü saat 21:00-da Şanlıurfada oynanılacağını açıqlayıb.

Qarşılaşmanın Şanlıurfa 11 Nisan Stadionunda oynanılacağı qeyd edilib.

Xatırladaq ki, sözügedən matç ötən il dekabrın 30-da ləğv edilib. Buna səbəb kimi Səudiyyə Ərəbistanının hər iki komandaya Türkiyə Respublikasının 100 illiyi ilə bağlı Atatürkə dair pankarta, formaya və İstiqlal Marşının oxunmasına qoyulan qadağası göstərilir. Bu qadağadan sonra hər iki komanda vahid mövqedən çıxış edərək Türkiyəyə qayıtmaq qərarı verib. Nəticədə Səudiyyə Ərəbistanındakı Superkubok matçı ləğv edilib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir