Dünya

Yaxın 15 ildə neftə tələbat artacaq

Sharing is caring!


“Yaxın 15 il ərzində dünyada neftə tələbat artacaq”.

Bunu Rusiya Federasiyası baş nazirinin müavini Aleksandr Novak “Rusiya” Beynəlxalq Sərgi və Forumunun plenar iclasında deyib.

Baş nazirin müavini açıq şəkildə neftin bir resurs kimi köhnəlməsi ilə bağlı tezislərlə razılaşmayıb və ekspertlərin proqnozlarına istinad edərək bildirib ki, “qara qızıl”a tələbin qlobal artımı kifayət qədər uzun müddət davam edəcək.

“Ən azı 2040-cı ilə qədər artım tempi təqribən 14% təşkil edəcək ki, bu da ildə təxminən bir milyon barel əlavə tələb deməkdir”, – Novak qeyd edib.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir