Dünya

Türkiyədə unikal əməliyyat: 12 ölkənin “İnterpol”la axtarışında olan 23 nəfər ələ keçdi – VİDEO

Sharing is caring!


Türkiyə hüquq mühafizə orqanlarının əməliyyatı zamanı 12 ölkə tərəfindən “İnterpol”un axtarışında olan onlarla şübhəli saxlanılıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

Onun sözlərinə görə, əməliyyat altı vilayətdə eyni vaxtda həyata keçirilib.

“Altı vilayətdə eyni vaxtda həyata keçirilən “Kafes-43” əməliyyatları ilə “İnterpol”un “Qırmızı xəbərdarlıq”, “Yaşıl bülleten” və təcili saxlanılması ilə bağlı ​​axtarış qeydləri olan 23 şübhəli ələ keçirilib”, – deyə o bildirib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir