Dünya

Ledi Qaqa və Xoakin Feniksin rol aldıqları “Joker-2” filminin çəkilişlərindən yeni kadrlar yayımlanıb – FOTO

Sharing is caring!


“Joker: Folie à Deux” filminin rejissoru Todd Fillips “Instagram”da filmə aid yeni kadrları nümayiş etdirərək, izləyicilərini sevindirib. O, “Coker” və “Harli Kvin” obrazlarında Xoakin Feniks və Ledi Qaqanın üç şəklini paylaşıb.

Fillips filmin premyerasının 2024-cü il oktyabrın 4-də baş tutacağını qeyd edib.

Xatırladaq ki, “Harli Kvin” ilk dəfə 1992-ci ilin sentyabrında “Fox Kids” kanalında yayımlanan “Betmen” cizgi serialı üçün “Coker”in rəfiqəsi və sevgilisi kimi yaradılmış və personaj 1999-cu ildə “DC Comics”in səhifələrində görünməyə başlayıb.

Mənbə: focus.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir