Dünya

ABŞ-dən Rusiyanın kosmosda nüvə silahı yerləşdirmək planları barədə xəbərdarlıq

Sharing is caring!


Rusiyanın kosmosda nüvə silahı yerləşdirmək planları var.

Bu barədə ABC telekanalı əllərində ABŞ-nin kəşfiyyat məlumatları olan iki mənbəyə istinadən xəbər verib.

Onların sözlərinə görə, söhbət nüvə silahının peyklərə qarşı mümkün istifadəsindən gedir.

“Bu, çox narahatedici və həssas məsələdir”, – deyə telekanalın mənbəsi əlavə edib.

Qeyd edək ki, Nümayəndələr Palatasının Kəşfiyyat üzrə xüsusi komitəsinin sədri Mayk Törner daha əvvəl milli təhlükəsizliyə ciddi təhlükə ilə bağlı narahatlığını bildirib. ABC bu təhlükənin Rusiya və kosmosda müəyyən fəaliyyətlərlə bağlı ola biləcəyini hesab edirlər.

Onu da bildirək ki, milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bu gün Nümayəndələr Palatasında bir neçə əsas qanunvericisi üçün ölkənin milli təhlükəsizliyi ilə bağlı brifinq keçirəcək.

Nümayəndələr Palatasının spikeri Mayk Conson isə ictimai həyəcan üçün heç bir səbəb görmədiyini deyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir