Dünya

NATO yeni mərkəz yaradır: Ukrayna hərbçilərinin təlim səviyyəsini alyans standartlarına yüksəldəcək

Sharing is caring!


Şimali Atlantika Alyansı (NATO) Ukrayna hərbçilərinin təlimi üçün müasir təlim mərkəzi yaratmağı planlaşdırır.

Bu barədə “El Pais” qəzeti mənbələrə istinadən yazıb.

Məqalədə qeyd olunub ki, NATO layihəsi Avropa İttifaqının mövcud missiyasının genişləndirilməsi üçün nəzərdə tutulub.

Təlimlər təkcə Ukrayna Silahlı Qüvvələrinin sıravi heyəti üçün deyil, həmçinin ordu komandanlığı, o cümlədən inzibati heyət üçün də keçiriləcək. Qəzet qeyd edir ki, alyans Ukrayna hərbçilərinin təlim səviyyəsini NATO standartlarına yüksəltmək niyyətindədir.

Hazırda NATO proqramın təfərrüatını hazırlamağı yekunlaşdırır. Rusiya bunu təhdid kimi qiymətləndirə biləcəyi üçün təfərrüat açıqlanmır.

Alyansın üzvləri, eyni zamanda, layihənin maliyyələşdirilməsi və təlim üçün təlimatçıların seçilməsi məsələlərini də müzakirə edirlər. Yekun təşəbbüs təşkilatın iyulda Vaşinqtonda keçiriləcək sammitində təsdiqlənə bilər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir