Dünya

Missuridə yürüş zamanı kütləvi atışma: Ölən və yaralananlar var – FOTO/VİDEO

Sharing is caring!


ABŞ-nin Kanzas (Missuri) şəhərində bir nəfərin ölümü ilə nəticələnən kütləvi atışma baş verib.

Bu barədə şəhərin yanğınsöndürmə idarəsindən xəbər verilib.

Bildirilib ki, atışma nəticəsində daha 21 nəfər yaralanıb, onlardan 12-si uşaqdır.  Onlar xəstəxanaya yerləşdiriliblər.

Atışma Milli Futbol Liqasının (NFL, Amerika futbolu) – Super Kubokun final oyununda “Kanzas Siti Çifs”in qələbəsi münasibətilə yürüşün başa çatdığı “Yunion Steyşn” vağzalının qərbində baş verib.

Hadisədən sonra üç şübhəli şəxs saxlanılıb.

Yerli telekanalların məlumatına görə, Kanzas şəhərində baş verən kütləvi atışma 2024-cü ilin əvvəlindən ABŞ-də baş verən 48-ci hadisədir.

Mənbə: ABC

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir