Cəmiyyət

DYP hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib

Sharing is caring!


Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi mövcud hava şəraitinin yollarda təhlükəyə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

İdarədən Oxu.Az-a verilən məlumata görə, xəbərdarlıqda deyilir:

“Xəbər verildiyi kimi, bir neçə gün davam edən mülayim hava şəraiti bu gündən etibarən dəyişib. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, qarşıdakı günlərdə ölkə ərazisində temperaturun 5-10 dərəcə enəcəyi, külək, yağış, sulu qar və qarla müşahidə olunacaq əlverişsiz hava şəraitinin fevralın 18-dək davam edəcəyi gözlənilir.

Hazırda paytaxt ərazisində müşahidə olunan dumanlı, eləcə də ölkə ərazisində gözlənilən qeyri-sabit hava şəraitini nəzərə alaraq, hərəkət iştirakçılarından yollarda diqqətli olmalarını xahiş edirik.

Xüsusilə, səfərə çıxan sürücülərə, yük və sərnişindaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərə mövcud hava şərtlərini düzgün qiymətləndirmək, texniki-təhlükəsizlik baxımından yararsız, eləcə də mövsümə uyğun təchiz olunmamış nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinmək, sürət həddinə, ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmək tövsiyə olunur”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir