Dünya

Avropa çempionatı: Qadınlar mübarizəyə başlayacaqlar

Sharing is caring!


Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı davam edir.

“Report”un məlumatına görə, bu gün yunan-Roma güləşində mübarizəyə yekun vurulacaq, qadın güləşçilər yarışa başlayacaqlar.

Doqquzqat Avropa çempionu Mariya Stadnik (50 kq) 1/4 finaldan yarışa qoşulacaq. 35 yaşlı idmançı Emma Lutteno (Fransa) – Milana Dadaşova (AİN) cütünün qalibi ilə üz-üzə gələcək.

Ayona Kolesnik (59 kq) də eyni raunddan mübarizəyə başlayacaq. O, Ramina Mamedova (Latviya) – Katerina Jidaçevska (Rumıniya) cütünün qalibini sınağa çəkəcək.

Yunan-Roma güləşçilərindən isə dördü medal qazanmağa çalışacaq. Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq) və Ülvü Qənizadə (72 kq) final görüşünə çıxacaqlar. Onlar Avropa çempionluğu uğrunda müvafiq olaraq Viktor Çiobanu (Moldova), Ruslan Biçurin (AİN) və Selcuk Canla (Türkiyə) qarşılaşacaqlar.

Rafiq Hüseynov (82 kq) isə təsəlliverici görüşə çıxacaq. Onun rəqibi Gürcüstan güləşçisi Gela Bolkvadze olacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir