Dünya

Məşhur rusiyalı reperin qızı itinə atasının adını qoydu – FOTO

Sharing is caring!


Rusiyalı reper Timatinin (Timur Yunusov) qızı “dizayner” cinsli it alıb və itini atasının şərəfinə adlandırıb.

Sənətçinin anası Simona Yunusova bununla bağlı sosial şəbəkələrdə paylaşım edib. O, oğlunun əvvəlcə maltipunun əleyhinə olduğunu etiraf edib.

“Mən uzun müddət zəmin hazırladım, izah etdim, mübahisə etdim, sübut etdim, düzgün cins axtardım, amma oğlum kiçik itləri qəbul etmirdi. Ya pitbull, ya Amerikan buldoqu və sair… Xoşbəxtlikdən belə itlərin onun yeni mənzilini məhv edəcəyi ilə bağlı irəli sürdüyüm arqument işə yaradı. Bir aydan sonra Alisanın ilk yubileyidir və onun əsas arzusu gerçəkləşdi. Atasının sadəcə olaraq başqa seçimi yox idi, üstəlik də Alisa “oğlanı” (iti – red.) “Tim” adlandırıb. Xoş gəldin, balaca. Atamıza sübut et ki, kiçik, kövrək bir məxluqda bir aslanın sadiq və cəsur ürəyi döyünə bilər”, – deyə qadın paylaşımda bildirib.

Qeyd edək ki, Timati qızının anası, fotomodel olan Alena Şişkova ilə Alisanın doğulmasından bir neçə ay sonra ayrılıb, lakin keçmiş sevgililər yaxşı münasibətlərini qoruyub saxlayıblar. Timatinin anası da daim Şişkova ilə əlaqə saxlayır və nəvəsini böyütməyə kömək edir.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir