Dünya

Məhsa Əmininin dayısına 60 aydan çox həbs cəzası və ölkədən çıxış qadağası verildi – FOTO

Sharing is caring!


İranda məcburi hicab bəhanəsi ilə repressiv “Əxlaq” polisi tərəfindən öldürülən 22 yaşlı Məhsa Əmininin dayısı Səfa Ayli Saqqız şəhərinin İnqilab Məhkəməsi tərəfindən ümumilikdə 5 il 4 ay və 17 gün həbs, o cümlədən iki il müddətinə ölkədən çıxış qadağası cəzasına məhkum edilib.

Bu barədə “Azad İran” Telegram” kanalı İranda İnsan Haqları Təşkilatı HENGAW-a istinadən məlumat yayıb.

Qeyd olunub ki, o, ölkənin daxili təhlükəsizliyinə qarşı əlbir olmaq, dövlət quruluşu əleyhinə təbliğat aparmaq, rəhbəri (Xameneini) təhqir etməkdə ittiham olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir