Cəmiyyət

“Özəl Sektorun İnkişafı” layihəsi keçirilib – FOTO

Sharing is caring!

22 illik fəaliyyəti olan Gənc Mühasiblər İctimai Birliyi USAID-in “Özəl Sektorun İnkişafı” layihəsi (PSA) çərçivəsində qadınların biznes assosiasiyaları və sahibkarlıq fəaliyyətinin gücləndirilməsi istiqamətində keçirilən tədbirlərdə iştirak edərək təşkilatın xidmətlərinin genişləndirilməsi, üzvlüklərin artırılması və təşkilatın institusional inkişafını gücləndirmək üçün iştirak etmiş və yeni strateji planlaşdırma etmişdir.

Bu istiqamətdə GMİB tərəfindən keçirilən “GMİB-in institutisonal inkişafına dair tədbirlər” layihəsi çərçivəsində qadın sahibkarlarının və qadın assosasiyalarının mühasibatlıqla bağlı problemlərinin həllinə, maliyyə savadlılığının artırılmasına, qadın assosiyalarının inkişafına dəstək olmaq məqsədilə Bakı, Masallı və Gəncə şəhərlərində təlimlər təşkil etməyi nəzərdə tutmuşdur.

Belə ki, Bakı şəhərində 10 dekabr 2022-ci il və 19 dekabr 2022-ci il tarixlərində təlimlər keçirildi.

Hər iki təlimdə də 20 nəfər qadın iştirak etmişdir. Sahibkarlıq fəaliyyətinə yeni başlamış və ya başlamaq istəyən qadınlara təlimin birinci hissəsində təlimçi ekspert Emin Quliyev mühasibatlıqla bağlı, təlimin ikinci hissəsində isə təlimçi Rafət Şirəliyev maliyyə savadlılığı ilə bağlı vacib məlumatları çatdırmış, iştirakçıların suallarını cavablandırmışdır. Təlimin sonunda iştirakçılar sertifikatla təltif olundular.

Qeyd edək ki, iştirakçılara konsultasiya xidmətləri də göstərilmişdir. Üzvlüyə qəbul olunan qadınlar isə bu xidmətlərdən davamlı yararlana biləcək.

Nəzərinizə çatdırmaq istəyirik ki, növbəti təlimlər Masallı rayonunda keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir