Dünya

İsrail HƏMAS-ın girov saxladığı iki nəfəri azad etdi – FOTO/VİDEO

Sharing is caring!


İsrail Müdafiə Qüvvələri Rəfah şəhərində keçirdiyi əməliyyat zamanı HƏMAS terrorçuları tərəfindən qaçırılan iki israilli girovu azad edib.

Bu barədə İsrail Müdafiə Qüvvələrinin rəsmi “Telegram” hesabında paylaşım edilib.

“HƏMAS terror təşkilatı tərəfindən 7 oktyabrda Nir İshaq qəsəbəsindən qaçırılan 60 yaşlı Fernando Simon Marmanı və 70 yaşlı Lui Harı azad edilib.

Onların hər ikisinin vəziyyəti yaxşıdır və tibbi müayinə üçün Şiba Tel xa-Şomer xəstəxanasına yerləşdiriliblər”, – deyə paylaşımda bildirilib.

Həmçinin qeyd edilib ki, İsrail təhlükəsizlik qüvvələri girovların evlərinə qaytarılması üçün zəruri bütün vasitələrdən istifadəyə davam edəcək.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir