Cəmiyyət

Füzulidə evdə partlayış olub, xəsarət alanlar var

Sharing is caring!

Füzuli rayonunun Arayatlı kəndində evdə partlayış olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, ümumi sahəsi 208 kvadratmetr olan ikimərtəbəli səkkizotaqlı evin 1-ci mərtəbəsində yanğınla nəticələnən partlayış baş verib. Partlayış dalğasının təsirindən otaqların pəncərə çərçivələri dağılıb. Yanğın nəticəsində evin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 53 kvadratmetr olan talvar yanıb. Hadisə zamanı iki nəfər yanıq xəsarəti alıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir