Dünya

Husilər Ədən körfəzində gəmiyə hücum ediblər, üç dənizçi həlak olub

Sharing is caring!


Husilər Ədən körfəzində Barbados bayrağı ilə hərəkət edən “True Confidence” gəmisinə atəş açıblar.

Məlumatı Böyük Britaniyanın Sənadakı səfirliyi də təsdiq edib.

Öz növbəsində ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı da hücumu təsdiqləyərək üç dənizçinin öldüyünü, daha dörd dənizçinin xəsarət aldığını açıqlayıb.

Qeyd edək ki, Yəmənin böyük hissəsinə nəzarət edən və İran tərəfindən dəstəklənən husilər daha əvvəl Qırmızı dənizdən keçərək İsrailə gedən istənilən gəmiyə hücum edəcəklərini bildiriblər.

Husilər bu yolla HƏMAS qruplaşmasına dəstək verdiklərini bildiriblər.

Mənbə: Rbc.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir