Cəmiyyət

Sürücülərə XƏBƏRDARLIQ: “Cəmiyyətdə yanlış fikir formalaşdırmayın”

Sharing is caring!


Yol-nəqliyyat hadisələrinin qarşısının alınması, eləcə də bilavasitə avtoqəzaların baş verməsinə səbəb olan kobud qayda pozuntuları törədən şəxslərə qarşı mübarizə tədbirləri çərçivəsində cari ilin fevral ayı ərzində 1 090 şəxs sürücülük hüququ olmadan, 969 şəxs isə sərxoş halda avtomobil idarə etdiklərinə görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq barələrində protokollar tərtib edilib.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, aparılmış təhlillər əsasında son zamanlar baş verən və ağır nəticələrə səbəb olan qəzaların əksəriyyətinin sürücülük hüququ olmayan şəxslər tərəfindən törədildiyi müəyyən edilib.

“Sürücülük hüququ olmadan avtomobil idarə edən və ağır nəticəli qəzaların baş verməsinə səbəb olan, yaxud kobud qayda pozuntuları törədən şəxslər, təəssüf ki, cəmiyyətdə sürücü intizamının aşağı olması barədə yanlış fikir formalaşmasına şərait yaradırlar.

Nəzərə almaq lazımdır ki, sürücülük hüququ olmadan avtomobil idarə etmək qayda pozuntusu olmaqla yanaşı, təhlükəli əməldir”, – deyə müraciətdə qeyd olunur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir