Dünya

Rusiyalılar və ukraynalılar birləşərək çinli turistləri xilas etdilər – VİDEO

Sharing is caring!


Tailanddakı rusiyalılar və ukraynalılar ekskursiya zamanı qəzaya uğrayan çinli turistləri xilas ediblər.

Məlumata görə, çinliləri daşıyan qayıq Krabi əyalətindəki Honq adasına gedərkən batıb. Yeddi turist gəminin kapitanı ilə birlikdə özlərini suya atıblar. 

Qəza yerində güclü dalğalar olub, buna görə turistlər digər gəmilərdən görünməyiblər. 15 dəqiqə suda çırpınan insanları yaxınlıqdan keçən və içərisində Rusiyadan, Ukraynadan, eləcə də bir neçə Avropa ölkəsindən gələn qonaqların olduğu qayığın sərnişinləri xilas ediblər.

Bütün çinli turistlər və yerli kapitan gəmiyə mindirilib, sahilə aparılıb və milli parkın əməkdaşlarına təhvil veriliblər.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir