Dünya

Mbappenin anası “Real Madrid” ilə münaqişə yaşayır

Sharing is caring!


“Paris Sen-Jermen” və Fransa millisinin futbolçusu Kilian Mbappenin anası Fayza Lamari “Real Madrid” rəhbərliyi ilə münaqişə yaşayır.

Qeyd olunur ki, forvardın agenti kimi fəaliyyət göstərən Lamari futbolçunun özünün buna hazır olmasına baxmayaraq, güzəştə getmək istəmir. “Real” isə transferi yalnız öz şərtləri ilə təşkil etmək istəyir.

Xatırladaq ki, fevralın 3-də 25 yaşlı fransız futbolçunun 2024-cü ilin yayında azad agent hüququ əsasında “Real Madrid”ə keçəcəyini bildirib. Sonradan məlum olub ki, müqavilənin razılaşdırılmasında çətinliklər ucbatından sövdələşmə pozula bilər.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir