Siyasət

Bakıda İlk Yaradıcı Psixologiya Simpoziumu keçiriləcək

Sharing is caring!


Bakıda İlk Yaradıcı Psixologiya Simpoziumu keçiriləcək.

Oxu.Az xəbər verir ki, psixologiya və yaradıcılığın birləşməsini praktiki tədqiq etmək – dekabrın 15-i və 16-sı “Nine Senses” və “Handicraft”ın dəstəyi ilə keçiriləcək İlk Yaradıcı Psixologiya Simpoziumunun əsas məqsədidir.

Bu unikal iki günlük tədbir təkcə müzakirələr və mühazirələr deyil, həm də təmsil olunan hər bir sahənin aparıcı mütəxəssisləri ilə yaradıcı şəfalandırma dünyasına baş vurmaq, ustad dərsləri və seminarlarda təmənnasız iştirak etməyi təklif edir.

Yaradıcı psixologiya diqqət mərkəzindədir: Simpozium art-terapiya, musiqi terapiyası, rəqs terapiyası, poeziya terapiyası, yoqa terapiyası və digər istiqamətləri əhatə edir. Məhz bu sahələr insanların əqli, mənəvi və fiziki şəfalanmasına yardım edərək, səhiyyənin, təhsilin və cəmiyyətin inkişafında yer alır.

İstiqamətlər: Təsviri incəsənət, musiqi, rəqs, poeziya və yoqa – bunlar simpoziumun həsr olunduğu beş əsas sahədir. Birinci gün incəsənət və poeziyaya, ikinci gün isə musiqi, rəqs və yoqa terapiyaya həsr olunub.

İştirakçıları nələr gözləyir: Bu iki gün müalicəvi kreativ təcrübələrə və yaradıcılığın psixi sağlamlığa təsirinin müzakirəsinə həsr olunacaq. Sahələrinin aparıcı mütəxəssislərdən ustad dərsləri, tədqiqatlar, maraqlı müzakirələr, eləcə də sərgi fasiləsi, nəfis musiqi proqramı və digər sürprizlər bizi gözləyir.

Məkanlar haqqında: Xəzər dənizinin sahilində yerləşən Nine Senses Art Center, incəsənət və yaradıcılıq sahəsində keyfiyyətli təhsil ala biləcəyiniz yerdir. Nine Senses layihəsi hər kəsə üç istiqamətdə inkişaf etməyə ilhamlandırır: “Spirit”, “Body”, “Mind”. Beləliklə, mərkəzin proqramları müasir incəsənət üzrə mühazirələr, kino, animasiya və mobiloqrafiya dərslərindən tutmuş, incəsənət, yoqa və meditasiya festivallarına qədər geniş spektri əhatə edir. “Nine Senses” ilə yanaşı, gələn həftə “Passage 1901”də yerli brendləri inkişaf etdirmək fəlsəfəsinə əsaslanan Bizimkilər festivalı da tədbirin əsas tərafdaşıdır. Onlar yerli rəssamların və sənətkarların inkişafını dəstəkləyir, innovativ fikirlər və yaradıcı layihələr üçün platforma yaradırlar.

Ekspertlərimizlə tanışlıq: Çıxış edənlər arasında psixologiya və sadalanmış yaradıcılıq növləri üzrə aparıcı mütəxəssislər yer alır: psixoloq, Xəzər Universitetinin psixologiya kafedrasının müdiri – Mələk Kərimova; rəssam və tədqiqatçı – Leyla Qabulova; rəssam və art-terapist – Mehriban Şəmsədinskaya; psixoloq, şair və musiqi terapevti – Dr. Elnur Hacıyev; psixoloq Günel Muradova; musiqiçi və səs terapevti – İlhamə Babayeva; “Hatha” və “Fly” yoqa ustadı – Qafar Qənizadə, DanceAbility layihəsinin rəhbəri, xoreoqraf – Nigar Sultanova və diqərləri.

Harada və nə zaman: Simpozium iki heyrətamiz məkanda – 15 Dekabr Passaj 1901-də (Nigar Rəfibəyli 12/14) və 16 Dekabr “Nine Senses” yaradıcılıq məkanında (“Sea Breeze”, Nardaran, 31 Dalan) keçiriləcək. Tədbir hər iki gün saat 12:00-da başlayır.

İştirakçı şərtləri: Yeganə şərt bu link vasitəsilə qeydiyyatdan keçməkdir.

(https://www.creativepsychsymposium.com/ru/event-details/creative-psychology-symposium-1/form) Qeydiyyat və iştirak pulsuzdur. Tədbir hər kəs üçün açıqdır.

Məlumat və Qeydiyyat: Ətraflı məlumat əldə etmək üçün simpoziumun rəsmi vebsaytına daxil olun. (https://www.creativepsychsymposium.com/ru)

Bizi izləyin: IG: @creative.psych.symposium (https://www.instagram.com/creative.psych.symposium/)

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir