Dünya

Afrika Millətlər Kubokunun qalibi məlum oldu – VİDEO

Sharing is caring!


Afrika Millətlər Kubokunun finalında “Nigeriya” və “Kot-d’İvuar” komandaları qarşılaşıb.

Oxu.Az xəbər verir ki, qarşılıqlı qollarla yadda qalmış matç meydan sahiblərinin əzəli qələbəsi ilə başa çatıb. Oyunda ilk qol 38-ci dəqiqədə vurulub: Uilyam Troost-Ekonq Nigeriyanın hesabda irəli çıxarıb. Komandalar fasiləyə Nigeriyanın minimal üstünlüyü ilə yollanıb.

İkinci hissədə isə “Kot-d’İvuar” millisi geridönüş edə bilib: 62-ci dəqiqədə “Əl-Əhli”nin hücumçusu Frank Kessi status-kvonu bərpa edib, 19 dəqiqə sonra isə “Borussiya Dortmund”da çıxış edən Sebastyen Alle fərqlənərək yekun hesabı müəyyənləşdirib – 1:2. “Kot-d’İvuar”ın hər iki qolunda məhsuldar ötürməni 22 yaşlı Simon Adinqra edib.

Beləliklə, qərbi Afrika təmsilçisi dördüncü dəfə qitənin ən güclü komandası olub.

Qeyd edək ki, “Kot-d’İvuar” seçməsi bu uğur nəticəsində 7 milyon ABŞ dolları gəlir götürüb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir