Dünya

“Alyaskapox” virusundan ilk ölüm qeydə alınıb

Sharing is caring!


“Alyaskapox” virusundan ilk ölüm faktı qeydə alınıb.

Virus səbəbindən yaşanan ilk ölüm ABŞ-nin Kenay yarımadasında qeydə alınıb.

Versiyalardan birinə görə, infeksiya mənbəyi mərhumla birlikdə yaşayan pişik olub.

Alyaskanın səlahiyyətlilərinə görə, yaşlı adam uzun müddətdir xəstə olub və həkimlərin nəzarəti altında idi. Həkimlər onun çiçək xəstəliyinə tutulduğunu hesab ediblər, çünki onda bu xəstəliyə xas olan simptomlar müşahidə olunub: qızdırma, böyümüş limfa düyünləri, qırmızı ləkələr və immun sisteminin zəifləməsi. Lakin kişinin ölümündən sonra həkimlər onun xəstəlik tarixçəsini və analiz nəticələrini yenidən nəzərdən keçiriblər.

ABŞ-linin qanında “Alyaskapox” kimi tanınan AKPV virusunun izləri tapılıb.

Bu virus 2015-ci ildə aşkar edilib. Bu günə qədər yalnız beş nəfər bu virusa yoluxub, onlardan hamısı sağ qalıb. Virusoloqların fikrincə, virus ilkin olaraq mal-qarada yaranıb, sonra gəmiricilərə, onlardan isə ev pişiklərinə keçib. Ehtimal olunur ki, ölən təqaüdçü ev heyvanının yüngülcə dişləməsi nəticəsində xəstələnib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir