Dünya

Mərakeşdə bina uçub, beş nəfər ölüb

Sharing is caring!


Mərakeşin Fes şəhərində köhnə üçmərtəbəli binanın uçması nəticəsində azı beş nəfər həlak olub.

Qeyd olunur ki, faciə Zkak-Rumman məhəlləsində baş verib. İlkin məlumata görə, hadisə ilə bağlı ilkin versiya kimi binanın yararsız vəziyyətdə olması və son günlər yağan güclü yağışların tikilinin konstruksiyalarını zəiflətməsi göstərilir.

Ölənlərdən üçü kişi, ikisi isə qadındır.

Verilən məlumata görə, bina dağılan zaman onun yerləşdiyi dar küçə insanla dolu olub.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir