Dünya

İspaniya La Liqası: “Atletiko” səfərdə “Sevilya”ya məğlub oldub – VİDEO

Sharing is caring!


İspaniya La Liqasının 24-cü turunda “Sevilya” və “Atletiko Madrid” komandalarının qarşılaşması baş tutub.

Oxu.Az xəbər verir ki, komandalar Sevilyadakı “Ramon Sançez Pisxuan” stadionunda qarşılaşıblar. Görüşün baş hakimi kimi Xavyer İqlesias Vilyanueva çıxış edib. Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayıb. Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Sevilyalıların yeganə qolunu 15-ci dəqiqədə yarımmüdafiəçi İsaak Romero vurub.

İspaniya çempionatının 24 turundan sonra “Atletiko” 48 xal toplayıb və turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. “Sevilya” La Liqada eyni sayda oyundan sonra 23 xal toplayıb və 15-ci yerdədir.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir