Siyasət

Ərdoğan: “Qarabağ dünyaya həmrəyliyin ən böyük sübutu oldu”

Sharing is caring!


“Türkiyə Qarabağ müharibəsi zamanı Azərbaycanla tam həmrəylik nümayiş etdirib”.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

O, uzun zamandır dünyada silsilə böhranlar olduğunu, bu səbəbdən türk dövlətləri arasında siyasi, hərbi, iqtisadi və ticari sahələrdə güc birliyi olması üçün addımlar barədə düşünüldüyünü deyib.

“Qərara gəldik ki, ancaq mövcud türk dövlətləri bir araya gələrsə, bu mümkündür, sonra da bu istiqamətdə addımlar atıldı”, – deyə dövlət başçısı əlavə edib.

R.T.Ərdoğan türk dövlətləri arasında həmrəylik və birliyin bütün sahələrdə inkişaf etməyə başladığını vurğulayıb:

“Allaha şükür, hazırda siyasi birliyimiz var. Hərbi sahədə ən mühüm həmrəyliyi artıq Qarabağda nümayiş etdirmişik. Qarabağ dünyaya bunun ən böyük sübutu oldu. Yəni dövlət və xalq bu həmrəyliyi hiss edərsə, nəticə əldə edə bilər mesajı verildi. Qarabağda da o nəticə əldə olundu”.

Mənbə: “Anadolu” Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir