Dünya

“Qalatasaray” hücumçusunu Renat Dadaşovun klubuna icarəyə verdi

Sharing is caring!


Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi Türkiyənin “Hatayspor” klubu heyətini yeni oyunçu ilə gücləndirib.

Məlumata görə, komanda “Qalatasaray”dan Halil Dərvişoğlunu icarəyə götürüb.

Türkiyə millisinin də formasını geyən 23 yaşlı hücumçu mövsümün sonuna qədər Hatay klubunda top qovacaq.

Qeyd edək ki, müqavilə üzrə İsveçrə “Qrasshopper”inə məxsus olan Renat Dadaşov da icarə əsasında “Hatayspor”da çıxış edir.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir