Dünya

“Meta” Xameneyinin “Facebook” və “Instagram” hesablarını sildi

Sharing is caring!


ABŞ-nin “Meta” şirkəti İranın ali rəhbəri Ayətullah Əli Xameneyinin “Facebook” və “Instagram” sosial şəbəkələrindəki hesablarını silib.

“Biz bu hesabları təhlükəli təşkilatlar və şəxslərlə bağlı siyasətimizi dəfələrlə pozduğu üçün sildik”, – deyə “Meta”nın mətbuat xidməti bildirib.

Şirkət izah edib ki, sözügedən siyasət zorakılığı təbliğ edən və ya bu işlərdə iştirak edən təşkilatlara, insanlara “Meta” sosial şəbəkələrində hesaba malik olmağa icazə vermir. Bu, Birləşmiş Ştatların terrorçu kimi tanıdığı təşkilatları təmsil edən, dəstəkləyən və ya onlara haqq qazandıran şəxslərə də aiddir.

Mətbuat xidməti hesabların silindiyinə görə onları blokdan çıxarmağın mümkün olmadığına da aydınlıq gətirib.

Mənbə: iz.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir