Cəmiyyət

Avtobuslarda nağdsız ödənişlərin tətbiqi ilə bağlı AÇIQLAMA: “Bakı ilə məhdudlaşmayacaq”

Sharing is caring!


“Vətəndaşların rahatlığı, xidmət səviyyəsinin yüksəldilməsi üçün hədəfimiz bütün avtobusların nağdsız ödəniş sisteminə keçidini təmin etməkdir”.

Bunu “Trend”ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib.

“Sərnişindaşıma sahəsində aparılan islahatlar həm də bu istiqaməti əhatə edəcək. Nağdsız ödənişlərin tətbiqi təkcə paytaxt Bakı ilə məhdudlaşmayacaq. Sumqayıtda da şəhərdaxili ictimai nəqliyyatda nağdsız ödənişlərin tətbiqi üzrə işlər aparılır. Bakı-Sumqayıt ekspres avtobusunda ödənişlər nağdsız qaydada həyata keçirilir. İctimai nəqliyyatda bütün növ ödəniş vasitələrindən istifadəyə imkan yaratmaq üçün mövcud nağdsız ödəniş sistemi üzərində təkmilləşdirmə işləri aparılır. Sistem yeniləndikdən sonra təmassız texnologiyanı dəstəkləyən, bütün bank kartları və mobil cihazlardan ödəniş etmək mümkün olacaq. Yaxın vaxtlarda bir neçə marşrutda ödənişlərin bank kartları ilə edilməsi sınaqdan keçiriləcək. Sınaqlardan sonra ödəniş sisteminin ilkin tətbiqinə başlanılması nəzərdə tutulur. Düşünürəm ki, 2024-cü il sərnişin nəqliyyatının inkişafı və tətbiq olunacaq yeniliklər baxımından çox əhəmiyyətli il olacaq”, – deyə o bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir