Dünya

Gürcüstanda bazarda atışma: Ölənlər var

Sharing is caring!


Gürcüstanın Rustavi şəhərində bazarda baş verən atışma nəticəsində azı dörd nəfər həlak olub.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

“Müəyyən edilib ki, 1988-ci il təvəllüdlü Q.O. bazarın ərazisində bir neçə dəfə atəş açıb. Atışma nəticəsində təqsirləndirilən şəxsin bazarda işləyən dayısı da daxil olmaqla dörd nəfər həlak olub. Bir nəfər – təqsirləndirilən şəxsin əmisi oğlu yaralanıb”, – deyə qurumdan bildirilib.

DİN həmçinin atəş açan şəxsin saxlanıldığını bildirib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir