İdman

“Qarabağ” – “Braqa” oyununun biletləri satışda

Sharing is caring!


UEFA Avropa Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” – “Braqa” oyununun biletləri satışa çıxarılıb.

Bu barədə “Qarabağ” klubunun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir.

“VIP C” və “VIP D” sektorlara bilet alaraq, “VIP Lounge” üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 300 manatdır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir