Dünya

Tbilisi Azərbaycan və Ermənistan arasında danışıqlar platformasına çevrilə bilər

Sharing is caring!


“Regionda sülh və sabitliyin təşviqi üçün mühüm addımlar atan Gürcüstan hakimiyyəti Tbilisinin Azərbaycan və Ermənistan arasında danışıqlar platformasına çevrilməsində maraqlıdır”.

Bunu Gürcüstanın xarici işlər naziri vəzifəsinə namizəd İlia Darçiaşvili parlamentdə çıxışı zamanı bildirib.

“Regionda sülhün və sabitliyin təşviqi baxımından Gürcüstan sülhpərvər qonşuluq təşəbbüsünün işə salınması ilə mühüm addım atıb və qonşu ölkələrin ehtiyaclarına uyğun olaraq bu istiqamətdə iştirakını davam etdirməyə hazırdır. Biz istəyirik ki, Tbilisi gələcəkdə qonşularımız üçün tərəflər arasında etimadın qurulmasına kömək edəcək istənilən aktual mövzuları müzakirə edə biləcəkləri bir yerə çevrilsin”, – deyə Darçiaşvili əlavə edib.

O vurğulayıb ki, regiondakı mürəkkəb vəziyyətə baxmayaraq, Gürcüstan balanslaşdırılmış siyasət yürüdür və dəfələrlə Azərbaycanla Ermənistan arasında kommunikasiyanı təşviq edib.

Xarici işlər naziri vəzifəsinə namizəd Gürcüstanın sülh və sabitliyə əsaslanan mehriban qonşuluq siyasətini davam etdirməyə hazır olduğunu bir daha təsdiqləyib.

Mənbə: “Sputnik” Gürcüstan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir