Dünya

12 yaşlı avstraliyalıdan cəsarətli addım: Sevimli heyvanını ilanın ağzından son anda xilas etdi – ANBAAN VİDEO

Sharing is caring!


Avstraliyada məktəbli qız dəniz donuzcuğunu xilas etmək üçün ilanla döyüşüb.

Sosial şəbəkələrdə bununla bağlı kadrlar paylaşıb.

Məlumata görə, 12 yaşlı qız dəniz donuzcuğunu evdə tapmadığı üçün həyətdə axtarmağa başlayıb. Kolu aralayanda isə nəhən ilanın onu udmaq üzrə olduğunu görüb. Cəsarətli qız dərhal ilanın quyruğundan yapışaraq onu fırlatmağa başlayıb.

“Helikopter” effekti nəticəsiz olmayıb. Dəniz donuzcuğu xilas olub, ac ilan isə qızın əlindən xilas olan kimi oradan uzaqlaşıb.

Məktəbli qızın cəsarəti sosial şəbəkələrdə heyrətlə qarşılanıb və çoxsaylı müzakirələrə səbəb olub.

Mənbə: KP.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir