Dünya

Kakaonun qan təzyiqinə möcüzəvi təsiri AÇIQLANDI

Sharing is caring!


Kakao qan təzyiqini, damarlardakı sərtliyin göstəriciləri yüksək olan zaman aşağı sala bilir.

Bu barədə britaniyalı alimlərin araşdırmasından məlum olub.

Bildirilib ki, mütəxəssislər kakaonun tərkibində olan birləşmələri, xüsusilə flavanolları təhlil ediblər. Sonra təcrübə iştirakçılarından bir neçə gün ərzində altı flavanol kapsulu qəbul etmələri istənilib. Təcrübədə plasebo (dərman kimi görünən, ancaq müalicəvi xüsusiyyətləri olmayan maddə) qəbul edən nəzarət qrupu da olub.

Alimlər iştirakçıların təzyiqlərini və qan damarlarının sərtliyini kapsul qəbul etməzdən əvvəl və doqquz saat ərzində qiymətləndiriblər. Məlum olub ki, iştirakçıların qan təzyiqi və arterial sərtliyi yalnız yüksək olduqda aşağı düşüb. Qan təzyiqi aşağı olanlara isə kapsulun heç bir təsiri olmayıb.

Mənbə: Pravda.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir