İdman

PSJ-dən səfərdə çətin qələbə – VİDEO

Sharing is caring!


Fransa Liqa 1-də 20-ci tura start verilib.

Oxu.Az xəbər verir ki, ilk gündə bir görüş baş tutub.

Səfərdə “Strasburq”la qarşılaşan lider “Paris Sen-Jermen” (PSJ) çətin qələbəyə sevinib. PSJ 2:1 hesabı ilə qalib gəlib.

Oyunun yeddinci dəqiqəsində PSJ-nin hücumçusu Kilian Mbappe penaltini dəqiq yerinə yetirə bilməyib. Lakin 32-ci dəqiqədə o, Marko Asensiodan ötürməsi ilə hesabı açıb.

49-cu dəqiqədə PSJ-nin ikinci qolunu Asensio vurub. 68-ci dəqiqədə hücumçu Dilan Bakva Qabriela Anjelonun ötürməsi ilə “Strasburq” bir qol vurub.

Beləliklə, PSJ 2023/2024 mövsümü üçün Fransanın Liqa 1 turnir cədvəlində birinci yerdədir. Komanda 20 görüşdən sonra 47 xal toplayıb. “Strasburq” 25 xalla 10-cu yerdədir. Fransa çempionatının turnir cədvəlinə “Paris Sen-Jertmen” (47) başçılıq edir.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir