Dünya

MKİ əməkdaşına bütün dünyanı lərzəyə salan açıqlamasına görə 40 il həbs cəzası verildi – FOTO/VİDEO

Sharing is caring!


Nyu-York məhkəməsi “Vault 7” adlı çox məxfi materiallar silsiləsinin ən böyük sızması ilə bağlı Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş proqramçısı Coşua Şulteyə hökm oxuyub.

Bu barədə “WikiLeaks” təşkilatı özünün “X” hesabında məlumat verib.

Bildirilib ki, o, 40 il müddətinə azadlıqdan məhrum edilib.

Məlumata görə, prokurorlar keçmiş MKİ zabitinin ABŞ tarixində ən böyük məxfi məlumat sızmasında əli olduğunu əsas gətirərək ona ömürlük həbs cəzası istəyiblər.

Şulte özü hökumətin ədalət yox, qisas axtardığını deyib.

Qeyd edək ki, “Vault 7” – istifadəçilərin kompüterlərini uzaqdan idarə etməyə və onların məlumatlarına nəzarət etməyə imkan verən proqramlar haqqında MKİ materiallarının sızmasının ən böyük seriyasının kod adıdır. Bura MKİ-nin Virciniya ştatındakı qərargahında yerləşən kiberkəşfiyyat mərkəzinin izolyasiyalı daxili şəbəkəsində saxlanılan 10 minə yaxın sənəd və fayl daxildir.

Xatırladaq ki, 2017-ci ildə “WikiLeaks” ABŞ kəşfiyyat agentliklərindən sızan məlumatlara əsaslanaraq, MKİ-nın insanların mobil telefonlarından istifadə edərək izlənilməsinə imkan verən zərərli proqram təminatı, eləcə də bütün dünyada smartfonlara çıxış əldə etmək üçün istifadə oluna bilən texnologiyalar hazırladığını bildirib. Onlar populyar “WhatsApp” və “Telegram” mesencerləri də daxil olmaqla audiotrafiki və elektron mesajlarını oxumağa imkan verir. Bundan əlavə, MKİ və Britaniya əks-kəşfiyyatı çoxfunksiyalı “Samsung Smart” televizorlarından telefon dinləmə cihazı kimi istifadə etmək yolunu tapıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir