Dünya

Almaniyada 90 minə yaxın ictimai nəqliyyat işçisi tətilə çıxıb

Sharing is caring!


Almaniyada 90 minə yaxın ictimai nəqliyyat işçisi tətilə çıxıb.

Məlumata görə, 80 şəhərdə avtobus, tramvay və metronun hərəkəti məhdudlaşdırılıb.

Tətilə “Verdi” həmkarlar ittifaqı çağırıb. Assosiasiya 130 nəqliyyat müəssisəsinin işçilərinin iş şəraitinin yaxşılaşdırılmasını və əməkhaqqının artırılmasını tələb edir. Yalnız bir federal əyalətdə – Bavariyada tətillər yoxdur.

Bu, “Verdi”nin bu həftə çağırdığı ikinci genişmiqyaslı etirazıdır. Bir gün əvvəl hava limanının təhlükəsizlik işçiləri işlərini dayandırdılar – mindən çox reys ləğv edildi, tətil 200 min sərnişinin planlarını pozdu.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir